Azərbaycan ərazilərinin minalanmasına görə ilk beşlikdədir - Hafiz Səfixanov

Azərbaycan ərazilərinin minalanmasına görə ilk beşlikdədir.

Olaylar bildirir ki, bunu "Azərbaycana minatəmizləmədə beynəlxalq dəstəyin gücləndirilməsi" adlı layihənin yekunlarına həsr olunmuş mətbuat konfransında "Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov deyib.

O bildirib ki, işğaldan azad edilmiş ərazilərimizdə 1,5 milyondan artıq mina var:

"Bu rəqəmin artacağı gözlənilir. Azad olunmuş ərazilərə köçürüləcəyi nəzərdə tutulan 800 min insanaın hər birinə iki mina və partlamamış sursat düşür". (Trend)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31