Kanalda batan müharibə iştirakçısının meyiti tapıldı - FOTO

Sumqayıtda kanalda batan gənc oğlanın meyiti tapılıb.

Olaylar.az bu barədə Fövləqadə Hallar Nazirliyinə istinadla xəbər verir.

Bildirilib ki, avqustun 9-da Sumqayıt şəhəri, Stansiya Sumqayıt adlanan ərazidə avtomobilin su kanalına düşməsi nəticəsində 26 yaşlı Əliyev Abusət Fəxrəddin oğlu batıb. Onun meyiti Fövqəladə Hallar Nazirliyi Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, Abusət Əliyev 44 günlük Vətən müharibəsinin iştirakçısıdır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31