30 ildən sonra kimliyi bilinən şəhidlər dəfn edildi - FOTO
15 Avqust 2024 13:28 HadisəBirinci Qarabağ müharibəsində itkin düşmüş, 30 ildən sonra dəfn yeri və kimliyi müəyyənləşdirilən şəhidlər Cavanşir Hüseynov və Tahir Şirinovun qalıqları ailələrinə təhvil verilib.
Milli.Az APA-ya istinadən xəbər verir ki, hər iki şəhidin qalıqları bu gün Abşeron rayonunun Mehdiabad qəsəbəsindəki Şəhidlər xiyabanında dəfn edilib.
Xatırladaq ki, Cəbrayıl rayonunun Doşulu kənd sakini Şirinov Tahir Şirin oğlu 23 oktyabr 1993-cü il tarixdə atası Şirinov Şirin Bilal oğlu, qardaşı Şirinov Nazim Şirin oğlu və dayısı oğlu Hüseynov Cavanşir Ərşad oğlu ilə birlikdə Füzuli rayonunun Şükürbəyli kəndində itkin düşüb. Nazim Şirinovun qalıqları iyunun 7-də Mehdiabaddakı Şəhidlər xiyabanında dəfn olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
.jpg)
.jpg)