İrandan ölkəmizə narkotik keçirmək istədilər
8 Avqust 2024 14:38 HadisəAvqust ayının 5-də saat 19:32-də Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının "Lənkəran" sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 5 kiloqram 630 qram narkotik vasitə marixuananın qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.
Bu barədə Olaylar-a Dövlət Sərhəd Xidmətinin mətbuat xidmətindən məlumat verilib.
Fakt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31