Ucar sakini faciəvi şəkildə öldü

Ucar rayon sakininin üzərinə beton düşüb.

Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə Göyçayda köhnə tikililər olan ərazidə qeydə alınıb.

Belə ki, Ucar rayon sakini 1985-ci il təvəllüdlü İsgəndərov Səxavət Aydın oğlu dəmir yığarkən ehtiyatsız davranıb və üzərinə beton düşüb. O, hadisə yerində vəfat edib.

Faktla bağlı araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31