Avtomobildən tapançanı ətrafa yönəldən sürücü saxlanıb

Hərəkətdə olan avtomobildə olan sərnişinin əlindəki tapançanı ətrafa yönəltməsini əks etdirən görüntülər polis əməkdaşları tərəfindən araşdırılıb. Həmin avtomobilin sürücüsü və sərnişini müəyyən edilib. "Olaylar" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, şirkətlərdən birində kuryer kimi çalışan 2002-ci il təvəllüdlü şəxs və sürücü müəyyən olunaraq polis idarəsinə gətirilib. Məlum olub ki, onun avtomobildən ətrafa yönəltdiyi odlu silaha bənzəyən tapança oyuncaqdır. O, izahatında oyuncağı əyləncə məqsədilə ətrafa yönəltdiyini və bu əməlinə görə peşiman olduğunu bildirib. Qanunvericiliyə uyğun olaraq onlar barəsində müvafiq tədbirlər görülür.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31