Beyləqanda ağır qəza - Sürücü yaralandı - FOTO

Beyləqanda baş verən qəzada sürücü ağır xəsarət alıb.

Olaylar.az Trend-ə istinadən xəbər verir ki, hadisə rayon ərazisində qeydə alınıb.

Rayon sakini, 2003-cü il təvəllüdlü Quluzadə Ağamir Ağaəli oğlu idarə etdiyi VAZ-2107 markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək. yol kənarındakı ağaca çırpılıb.

Nəticədə sürücü ağır bədən xəsarətləri ilə Beyləqan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Avtomobil isə yararsız vəziyyətə düşüb.

Faktla bağlı araşdırma aparılır.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31