Səbaildə restorandan 12 mindən çox pul oğurlandı
6 Avqust 2024 13:29 HadisəBakıda restorandan 13 min manat oğurlanıb.
Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, iyulun 29-da paytaxtın Səbail rayonu ərazisində yerləşən restoranların birindən içərisində 12750 manat və qızıl qolbaq olan çantanın oğurlanması barədə polisə məlumat daxil olub: "Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Vəfa Bəylərova müəyyən olunaraq saxlanılıb".
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31