İki il əvvəl Laçında itkin düşən hərbçilərin meyiti tapıldı
5 Avqust 2024 17:06 Hadisə2022-ci ilin martın 3-də Laçın rayonunda sərhəd istiqamətində itkin düşən hərbçilərin meyitləri tapılıb.
Olaylar.az xəbər verir ki, Abdullayev Firdovsi Mayis oğlu və Məmmədov Fərid Əjdər oğlunun Kəlbəcər rayonunun İstisu qəsəbəsində Yüzbulaq yaylağında meyit qalıqları aşkarlanıb.
Qeyd olunub ki, hərbçi Abdullayev Firdovsi Mayis oğlu avqustun 8-i Gəncə şəhəri Şəhidlər xiyabanında, digər hərbçi Məmmədov Fərid Əjdər oğlu Ağdam rayonu Orta Qərvənd kəndində dəfn ediləcək.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31