Sumqayıtda 7500 manatlıq dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb

Sumqayıtda dələduzluqda şübhəli bilinən şəxslər saxlanılıb.

Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsinə bir nəfərin 7500 manat pulunun dələduzluq yolu ilə alınması barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə dələduzluq etməkdə şübhəli bilinən E.Həşimov və D.Müslümov müəyyən olunaraq saxlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31