Xəzərdəki gəmidə baş vermiş yanğın tam söndürülüb
3 Avqust 2024 10:24 HadisəHəyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində Xəzər dənizindəki təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Bu barədə Olaylar-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.
Məlumatda bildirib ki, nazirliyin əməkdaşları və texnikalarla həyata keçirilmiş fasiləsiz tədbirlər sayəsində təchizat gəmisində baş vermiş yanğın tam söndürülüb.
Xatırladaq ki, iyulun 31-də Xəzər dənizində sahildən təqribən 70 km məsafədə açıq dənizdə təchizat gəmisində yanğın baş verib və həyata keçirilmiş tədbirlər nəticəsində yanan gəmidə olan heyət üzvləri yaxınlıqda olan digər gəmilərə təxliyə olunub.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31