19:06
Hacı Zeynalabdin Tağıyev - Sumqayıt avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsi ilə bağlı 12.07.2024-cü il tarixində saat 17:20 radələrindən başlayaraq Sumqayıt Tibb Mərkəzinin Təcili Yardım Xəstəxanasına 11 nəfər (7-si kişi cinsli, 4-ü qadın cinsi olmaqla) yerləşdirilib.
Bu barədə Milli.Az-ın sorğusuna cavab olaraq mərkəzdən məlumat verilib.
Bildirilib ki, hazırda 1 nəfərin vəziyyəti ağır, digərlərinin vəziyyəti isə orta ağır qiymətləndirilir.
Qeyd edək ki, Sumqayıt şəhərində marşrut avtobusu TIR-la toqquşub. Hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
18:03
Bakı-Quba yolunda ağır-yol nəqliyyat hadisəsi baş verib.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə yolun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.
3 nömrəli marşrut avtobusu TIR-la toqquşub. Nəticədə 11 nəfər yaralanıb.
Yaralılar xəstəxanaya çatdırılıb.
Fakt araşdırılır.
Məqaləyə dair fotomateriallar:
