Azərbaycanda oğlan anasının evini, bacısının maşınını yandırdı
10 İyun 2024 14:24 HadisəAbşeron rayonunda ev qəsdən yandırılıb.
Okaylar xəbər verir ki, iyunun 9-u saat 4 radələrində 1969-cu il təvəllüdlü Azər Tağıyev anasının yaşadığı Masazır qəsəbəsindəki evi yandırıb.
O, daha sonra Xırdalan şəhərinə gedərək bacısının idarə etdiyi "Infiniti" markalı avtomobili də yandırıb. Nəticədə maşının salon və mühərrik hissəsi yanıb.
Hər iki yanğın hadisəsini törətmiş A.Tağıyev polis tərəfindən saxlanılıb.
Onun əvvəllər məhkumluq həyatı yaşadığı bildirilir. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31