Daxili Qoşunların polkovniki qəfil öldü - FOTO
10 İyun 2024 13:14 HadisəDaxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Şəxsi heyət üzrə İdarəsinin rəis müavini, mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Şahin Bəylərov dünyasını dəyişib.
Olaylar xəbər verir ki, o, ürəktutmasından vəfat edib.
1977-ci il təvəllüdlü Ş.Bəylərov Vətən müharibəsi iştirakçısıdır. Prezident İlham Əliyevin sərəncamı ilə "Vətən müharibəsi iştirakçısı" medalı ilə təltif olunub.
Qeyd edək ki, mərhum polkovnikin iyun ayının 24-də 47 yaşı olacaqdı. (Unikal)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31