Azərbaycandan qaçarkən TUTULDULAR

Gəncədə axtarışda olan 2 nəfər ölkəni tərk edərkən tutulublar.

Olaylar.az xəbər verir ki , 1965-ci il təvəllüdlü Məhərrəm Yusifov və 1998-ci il təvəllüdlü Elvin Məmmədov Gəncə Hava Limanında ölkədən qaçmaq istədikləri vaxt saxlanıblar.

Bildirilib ki, onların hər ikisi polis tərəfindən axtarışa verilib və barələrində Cinayət Məcəlləsinin 178-ci (Dələduzluq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31