Polis Xankəndi və Kəlbəcərdə xeyli silah-sursat aşkarladı

Vətən müharibəsi və antiterror əməliyyatlarından sonra Böyük Qayıdış prosesinin sürətləndirilməsi və təhlükəsizliyin etibarlı təmin edilməsi məqsədilə Daxili İşlər Nazirliyinin əməkdaşları qarşıya qoyulan tapşırıqları peşəkarlıqla icrasını davam etdirirlər.

Olaylar DİN-ə istinadən xəbər verir ki, həyata keçirilən tədbirlərlə 1-7 iyun tarixlərində polis əməkdaşları tərəfindən Xankəndi şəhəri ərazisindən 15 avtomat silahı, 3 pulemyot, 2 tapança, 10 tüfəng, 16 qumbara, 3 qumbara atan, 1 mina atan, 20 alışdırıcı, 2 trotil, 90 patron darağı, 2505 ədəd müxtəlif çaplı patron, 10 ədəd süngü-bıçaq, 1 gecəgörmə cihazı və digər sursatlar, Kəlbəcər rayonu ərazisindən isə 1 ədəd qumbara, 2 alışdırıcı, 1 ədəd patron darağı, 1 süngü-bıçaq və 2 rabitə vasitəsi aşkar olunaraq götürülüb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31