Azərbaycanda tükürpədən hadisə: Evdən qurd düşmüş meyit tapıldı - VİDEO
6 İyun 2024 20:16 HadisəBalakəndə evdən meyit tapılıb.
Olaylar.az APA-ya istinadən bildirir ki, hadisə rayonun Katex kəndində qeydə alınıb. Kənd sakini, 38 yaşlı Elşad Mehdi oğlu Babayevin qurdlamış meyiti tək yaşadığı evdə tapılıb.
E.Babayevin həyətyanı sahəsində ot biçməyə gələn fəhlələr onu evdə tapmayanda axtarmağa başlayıblar. Bu zaman ot biçən şəxslər həyətdəki köməkçi tikilidə qaz sobasının yanında E.Babayevin üzü qaralmış və qurdlamış meyitini görüblər
Faktla bağlı araşdırma aparılıb.
Ətraflı süjeti təqdim edirik:
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31