İstirahətə gedən sərnişinlərin avtobusu qəzaya düşdü - Ölənlər və yaralılar var
6 İyun 2024 12:37 HadisəCəlilabadda dəhşətli yol qəzası baş verib.
Olaylar.az xəbər verir ki, hadisə rayonun Sadatlı kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, istirahət mərkəzinə gedən avtobus qəzaya düşüb. Nəticədə 2 nəfər ölüb, çoxlu sayda xəsarət alan var.
Xəsarət alanlar təcili tibbi yardım briqadaları tərəfindən rayon xəstəxanasına aparılıb.
Hazırda hadisənin təfərrüatları, ölən və xəsarət alanların kimliyi dəqiqləşdirilir. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31