Azərbaycanda dəhşətli avtobus qəzası - Ölənlər və yaralılar var

Cəlilabadda ağır yol-nəqliyyat hadisəsi baş verib.

Olaylar.az xəbər verir ki, Trend-ə hadisə şahidlərinin verdiyi məlumata görə, rayonun Sadatlı kəndi ərazisində içərisində sərnişinlərin olduğu avtobus qəzaya düşüb.

Nəticədə 2 nəfərin öldüyü, çoxlu sayda yaralı olduğu deyilir.

Xəsarət alanlar hadisə yerinə gələn təcili tibbi yardım briqadaları vasitəsilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31