Sumqayıtda iki “F-1” qumbarası TAPILDI

Sumqayıtda "F-1" markalı iki əl qumbarası aşkar edilib.

Olaylar.az məlumat verir ki, hadisə Sumqayıt şəhərinin 22-ci məhəlləsində qeydə alınıb.

Belə ki, məişət tullantılarının üzərindən 2 ədəd "F-1" markalı əl qumbarası tapılıb.

Məsələ barədə polisə məlumat verilib. Əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır. (report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31