Ötən ay 100 nəfər ZƏHƏRLƏNİB - Ölənlər var

May ayında 100 nəfər zəhərlənib. 

Olaylar.az xəbər verir ki, bu barədə Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsindən məlumat verilib.

Bildirilib ki, şöbəyə qəbul edilən xəstələrdən 42 nəfər dərmandan, 24-ü sirkə turşusundan, 9-u etanoldan, 3-ü dəm qazından zəhərlənən şəxslərdir.

"Həmçinin 6 nəfər allergik reaksiya, 11 nəfər ilan sancması, 1 nəfər göbələk, 4 nəfər anaflaksiya səbəbilə şöbəyə yerləşdirilib. Həkimlərin səylərinə baxmayaraq, zəhərlənən şəxslərdən 5-i (3 nəfər kişi cinsli, 2 nəfər qadın cinsli) dünyasını dəyişib", - qeyd olunub.

Qurumdan əlavə edilib ki, ölüm halları dərman, sirkə turşusu, ilan sancması və etanol zəhərlənmələrindən qeydə alınıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31