69 yaşlı kişini "TikTok"da belə aldatdılar - Azərbaycanda
21 May 2024 12:16 HadisəAğdaş sakininə qarşı dələduzluq edilib.
Olaylar.az bildirir ki, bu barədə şəhər sakini 69 yaşlı A. Əliyev polisə müraciətində bildirib.
Onun sözlərinə görə, "TikTok"da yerləşdirilən kredit təşkilatından pul götürmək üçün özünü G. Abbasova kimi təqdim edən şəxslə danışıb. G. Abbasova A. Əliyevə kredit götürməkdə kömək edəcəyini deyib və ona bank kartı nömrəsi göndərib. A .Əliyev də həmin kart hesabına 165 manat pul göndərib.
Ancaq həmin şəxs vədinə xilaf çıxıb və pul da batıb.
Hazırda Ağdaş rayon Polis Şöbəsində araşdırma aparılır. (lent.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31