Bakıda 2600 manatlıq antik samovar OĞURLANDI
20 May 2024 16:28 HadisəBakının Səbail rayonu Şıx qəsəbəsindəki evlərdən birindən pəncərədən girmək yolu ilə 2600 manat dəyərində antik samovar, təmir alətləri və bəzək əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub.
Olaylar.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Səbail rayon Polis İdarəsinin 41-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən paytaxt sakini, əvvəllər oğurluq və narkotik cinayətlərinə görə məhkum olunmuş 1979-cu il təvəllüdlü Kənan Orucov saxlanılıb.
Faktla bağlı 41-ci Polis Bölməsində araşdırmalar davam etdirilir.
K.Orucovun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa polis orqanlarına müraciət edə bilərlər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31