Axtarışda olan şəxs Beynəlxalq Hava Limanında saxlanıldı
17 May 2024 11:39 HadisəNəqliyyatda Baş Polis İdarəsinin əməkdaşları Beynəlxalq Hava Limanı ərazisində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178-ci maddəsi (dələduzluq) ilə axtarışda olan Nəsib Mehdiyevi saxlayıblar.
Bu barədə Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar-a bildiriblər.
Saxlanılan şəxs araşdırma aparılması üçün Hava Nəqliyyatında Polis İdarəsinə təhvil verilib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31