70 gündür itkin düşən qadının meyiti tapıldı - FOTO

Lənkəranda iki aydan çoxdur itkin düşən qadının meyiti tapılıb.

Olaylar.az APA-ya istinadən bildirir ki, bu gün axşam saatlarında Lənkəranda, Hacı Zeynalabdin Tağiyev küçəsi 1-ci döngədə yerləşən evin həyətində qadın meyiti aşkarlanıb.

Meyiti tapılan qadının 70 gün əvvəl itkin düşdüyü bildirilir. Hazırda hüquq-mühafizə orqanları əməkdaşları hadisə yerində araşdırma aparırlar.

Meyit həyətdə basdırıldığı yerdən çıxarılıb.

Faktla bağlı Lənkəran rayon prokurorluğunda araşdırma gedir.

Məqaləyə dair fotomateriallar:

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31