Bakı metrosunda oğurluq edən şəxs SAXLANILDI

Bakı metrosunda oğurluq hadisəsi baş verib.

Bu barədə Olaylar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, hadisə mayın 9-da qeydə alınıb.

"Metropolitendə Polis İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə metro stansiyalarının birinin keçidində yerləşən piştaxtadan 62 ədəd lotereya biletini oğurlamaqda şübhəli bilinən, əvvəllər oğurluq, soyğunçuluq və narkotiklərlə əlaqəli cinayətlərə görə məhkum olunmuş Nəsimi Hüseynov saxlanılıb", - vurğulanıb.

Qurum araşdırmanın aparıldığını əlavə edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31