Bu rayonlara sel gəldi - VİDEO
14 May 2024 10:44 HadisəSel suları İsmayıllı-Qəbələ yolunda nəqliyyatın hərəkətini iflic edib.
Olaylar.az xəbər verir ki, bu barədə oxu.az-a sözügedən yoldan istifadə edən sürücülər tərəfindən məlumat verilib.
Sel sularının yola gətirdiyi daş, çınqıl, qırılmış ağac budaqları avtomobillərin hərəkətini çətinləşdirib.
Qeyd edək ki, sözügedən yol bir müddətdir ki, təmirdədir.
Həmçinin, Göyçaya da leysan yağıb və nəticədə sel gəlib. Seldən sonra zibillər çaya axıb və xoşagəlməz görüntü yaranıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31