Saray Ailə Sağlamlıq Mərkəzinin terapevti Sevinc Zeynalova vəfat edib
14 May 2024 10:23 HadisəAbşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzinin ailə həkimi-terapevt Sevinc Zeynalov vəfat edib.
Aztibb.az-ın xəbərinə görə, o, 54 yaşında dünyasını dəyişib.
Sevinc Zeynalova 1989-1995-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə işi fakültəsində təhsil almış, 1995-1996-cı illərdə Abşeron Rayon Mərkəzi Xəstəxanasında internatura keçmişdi.
O, 1996-cı ildən Abşeron Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Saray Ailə Sağlamlıq Mərkəzində ailə həkimi-terapevt kimi çalışırdı.
Allah rəhmət eləsin!
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31