İranlıdan aldıqları 14 kq marixuananı ünvana çatdırmaq istəyən narkokuryerlər həbs edildi

Yardımlıda saxlanılan şəxslərdən 14 kiloqram marixuana aşkarlanıb.

Olaylar xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupu məlumat yayıb.

Bildirilib ki, Yardımlı Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotiklərin dövriyyəsinə qarşı keçirdikləri tədbirlərlə Samid Məmmədov və əvvəllər məhkum olunmuş Nurəli Məmmədov saxlanılıblar.

Onların olduğu "Opel" markalı avtomobildən 14 kiloqram marixuana aşkarlanıb. Saxlanılanların narkotik vasitəni İranda yaşayan şəxsiyyəti istintaqla araşdırılan narkotacirdən əldə etdikləri və ölkə ərazisində deyiləcək yerlərə çatdırmağı planlaşdırdıqları müəyyən olunub. Hər iki şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Araşdırmalar davam etdirilir.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31