Əməkdar artist vəfat etdi - FOTO
13 May 2024 11:47 HadisəAzərbaycanın Əməkdar artisti xəstəxanada vəfat edib.
Olaylar xəbər verir ki, Əməkdar artist, Prezident təqaüdçüsü, Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestrinin bədii rəhbəri və baş dirijoru Faiq Sadıqov müalicə aldığı xəstəxanada dünyasını dəyişib.
Bu barədə onun qızı Əminə Sadıqova məlumat verib.
Qeyd edək ki, Faiq Sadıqov daha əvvəl xəstəxanaya yerləşdirilmişdi. Əməkdar artistdə ağciyər pnevmasiyası qeydə alınmışdı. (manset.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31