Bakıda “Mersedes”i oğurlayıb satmaq istəyənlər saxlanıldı

Bakının Yasamal rayonunda "Mersedes" markalı avtomobil qaçırılıb.

Bu barədə Olaylar-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Yasamal Polis Şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər nəticəsində əməli törədən paytaxt sakinləri Nurlan Cəlilov, Vüsal Dadaşov və Emil Əliyev saxlanılıblar. Onların oğurladıqları avtomobili satmaq istədikləri müəyyən olunub.

Nəqliyyat vasitəsi saxlanılanların gizlətdikləri ünvandan tapılaraq sahibinə təhvil verilib.

Faktla araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31