Tərtərdə məktəbin qarşısında dəhşət - bir yumruqla şagirdi öldürdü
7 May 2024 10:35 HadisəTərtərdə iki məktəbli arasında düşən dava onlardan birinin ölümü ilə nəticələnib.
Olaylar bildirir ki, hadisə Tərtər şəhər 2 saylı orta məktəbinin qarşısında qeydə alınıb.
9-cu sinif şagirdləri arasında düşən mübahisə zamanı onlardan biri digərinə yumuruqla xəsarət yetirib. Xəsarət alan məktəbli Tərtər rayon mərkəzi xəstəxanasına çatdırılsa da, onu xilas etmək mümkün olmayıb.
Faktla bağlı araşdırma aparılır. (APA)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31