Səhər saatlarında Bakıda ağır qəza: Üç yaralı - VİDEO

Bu gün səhər saatlarında Kənar Dairəvi yolun Biləcəri qəsəbəsinə doğru düşən hissəsində ağır qəza baş verib.

Olaylar.az xəbər verir ki, bu barədə baku.ws-in qaynar xəttinə məlumat daxil olub.

Hadisə zamanı "Shagman" markalı yük maşını ilə "Hyundai" markalı avtomobil toqquşub.

Qəzada minik avtomobilində olan iki nəfər və yük maşınının sürücüsü ağır yaralanıblar.

Hər üç nəfər təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza yerinə Dövlət Yol Patrul Xidmətinin və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb olunublar.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31