Ötən günlərdə 2 kiloqrama yaxın narkotik vasitə aşkarlandı
6 May 2024 11:14 HadisəPolis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində mayın 4-də və 5-də ümumi çəkisi 1,9 kiloqramdan çox narkotik vasitə aşkarlanaraq götürülüb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Olaylar-a verilən məlumata görə, narkotik vasitələr - 1,5 kiloqramdan çox marixuana, 400 qrama yaxın metamfetamin, həmçinin 20 metadon həbi və 22 çətənə kolu qanunsuz dövriyyədən çıxarılıb.
Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31