Kəlbəcərdə yük maşını aşdı - Ölən var

Kəlbəcər rayonunda yük maşını aşıb.

Olaylar.az bildirir ki, "Unikal"ın əldə etdiyi məlumata görə, hadisə Qamışlı kəndi ərazisində baş verib. Qəza nəticəsində sürücü 1989-cu il təvəllüdlü Uysal Emrah hadisə yerində ölüb.

Hadisə yerinə Kəlbəcər Rayon Polis Şöbəsinin əməkdaşları cəlb olunub.

Araşdırma aparılır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31