Bakının bu qəsəbələrində ƏMƏLİYYAT: Saxlanılanlar var - FOTO
1 May 2024 14:51 HadisəSabunçu rayonunda müxtəlif təyinatlı kəsici-deşici alətlərin satışının qarşısının alınması istiqamətində polis əməkdaşları tərəfindən tədbirlər keçirilib.
Bu barədə Olaylar.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Qeyd olunub ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşları ötən gün Zabrat, Pirşağı və Bakıxanov qəsəbələri ərazisində tədbirlər keçiriblər. Nəticədə 9 mağazadan xəsarət yetirmək təyinatına malik, satışı nəzərdə tutulan ümumilikdə 188 kəsici-deşici alət aşkar olunaraq götürülüb.
Qurum bildirib ki, maddi sübut kimi götürülən həmin silahlarla bağlı müvafiq ekspertiza təyin olunub.
Saxlanılan şəxslər barəsində araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31