Məşhur azərbaycanlı bəstəkar vəfat etdi - FOTO
1 May 2024 10:03 HadisəCazmen, pianoçu, bəstəkar və aranjimançı Rövşən Rzayev vəfat edib.
Olaylar.az bildirir ki, bu barədə vokalist, bəstəkar Qasım Xəlilov məlumat yayıb. Onun sözlərinə görə, R.Rzayev 30 aprel - Beynəlxalq Caz Günündə dünyasını dəyişib.
Qeyd edək ki, R.Rzayev mərhum Xalq artistləri Müslüm Maqomayev və Rəşid Behbudovla birgə çalışıb. O, Azərbaycan Milli Konservatoriyasında pedeqoq kimi də fəaliyyət göstərib. (axşam.az)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31