Bakıda mağazadan 700 manatlıq ət oğurlandı
30 Aprel 2024 13:56 HadisəBakıda mağazadan oğurluq edilib.
Olaylar.az bildirir ki, Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, aprelin 28-nə keçən gecə Nərimanov rayonu ərazisində yerləşən mağazaların birindən 700 manat dəyərində ət məhsulu oğurlanıb.
Nərimanov RPİ 17-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluqda şübhəli bilinən Bəhruz Abdullayev müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31