Oğurladıqları kartla 279 manatlıq bazarlıq etdilər
29 Aprel 2024 12:10 HadisəAprelin 27-də Yasamal rayonu ərazisində bir nəfər şəxsin bank kartının oğurlanması və marketlərin birində kartından 279 manat dəyərində alış-veriş edilməsi barədə polisə məlumat daxil olub.
Olaylar xəbər verir ki, Yasamal RPİ 26-cı Polis Bölməsinin keçirdiyi tədbirlərlə oğurluqda şübhəli bilinən Akif Əliyev, Səbuhi Əliheydərov və Sərdar Şükürov müəyyən olunaraq saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır. (qafqazinfo)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31