Bakıda evdən 60 min manatlıq oğurluq - xidmətçi saxlanıldı
29 Aprel 2024 11:46 HadisəNizami rayonu ərazisində mənzillərin birindən 60 000 manat dəyərində qızıl-zinət əşyalarının oğurlanması barədə 24-cü Polis Şöbəsinə məlumat daxil olub.
Olaylar.az DİN-ə istinadən xəbər verir ki, polis əməkdaşları tərəfindən aparılan araşdırmalarla oğurluğun həmin evdə xidmətçi işləyən qadın tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib və o saxlanılıb.
Onun həmin qızıl-zinət əşyalarını müxtəlif vaxtlarda evdən hissə-hissə oğurlaması məlum olub.
Faktla bağlı Nizami Rayon Polis İdarəsində cinayət işi başlanılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31