Arif Əliyev vəfat etdi

Gömrük xidməti general-mayoru Arif Əliyev vəfat edib.

Olaylar.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az-a onun ailəsindən bildirilib.

Qeyd edilib ki, A.Əliyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Arif Əliyev uzun illər gömrük orqanlarında xidmət edib. Ona 2006-cı ildə gömrük xidməti general-mayoru ali xüsusi rütbəsi verilib. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31