Bərdədə özündən 20 yaş kiçik qızı qaçıran şəxsə cinayət işi açıldı
26 Aprel 2024 10:06 HadisəXəbər verdiyimiz kimi, Bərdədə 45 yaşlı kişi 23 yaşlı qız qaçırıb. Daha sonra 45 yaşlı kişi tərəfindən qaçırılan 23 yaşlı qız tapılıb.
Olaylar.az xəbər verir ki, baş Prokurorluqdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, 22.04.2024-cü il tarixdə saat 08 radələrində Bərdə rayonu Uğurbəyli kəndində yaşayan 1982-ci il təvəllüdlü Rzazadə Fərhad Zakir oğlu həmkəndlisi 2001-ci il təvəllüdlü Abdullayeva Sevinc İlqar qızını Bərdə rayonu Uğurbəyli kəndindən ailə qurmaq məqsədi ilə iradəsinə zidd olaraq zorla qaçırıb Tərtər rayonuna oradan isə Bakı şəhərinə aparıb.
Faktla bağlı Azərbaycan Respublikası CM-nin 144.1-ci maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31