Sabiq baş pediatr Nəsib Quliyevin ölümü ilə bağlı cinayət işi başlanılıb AÇIQLAMA - YENİLƏNİB

17:17

Respublikanın sabiq baş pediatrı Nəsib Quliyevin ölümü ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə  Baş Prokurorluqdan bildirilib.

"1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun aprelin 24-də yaşadığı evdə odlu silahdan atəş açaraq həyatını sonlandırması faktı ilə bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci -ci (özünü öldürmə həddinə çatırma) maddəsi ilə cinayət işi başlanılıb", - məlumatda deyilir.


15:51

TƏBİB sabiq baş pediatr, tibb elmləri doktoru, professor Nəsib Quliyevin ölümü ilə bağlı açıqlama verib.

Olaylar.az xəbər verir ki, qurumdan Trend-in sorğusuna cavab olaraq bildirilib ki, Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə 24.04.2024-cü il tarixində saat 12:23 radələrində Abşeron rayonu, Goradil ərazisindən tanınmış həkim-pediatr, tibb elmləri doktoru, 1951-ci il təvəllüdlü Quliyev Nəsib Cəfər oğlunun intihar etməsi səbəbilə çağırış daxil olub.

Hadisə yerinə təcili tibbi yardım briqadası cəlb edilib.

Ünvanda şəxsin həkiməqədər ölümü qeydə alınıb.


14:00

Respublikanın sabiq baş pediatrı, Tibb elmləri doktoru, professor  Nəsib Quliyev vəfat edib. 

Olaylar.az bildirir ki, News365.az-ın əldə etdiyi məlumata görə o özünü güllələyib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31