Xocalıda məxfi xəritələr aşkarlandı
24 Aprel 2024 16:13 Hadisəİşğaldan azad olunan Xocalı rayonunda erməni separatçılara məxsus "hərbi hissə"lərin birindən yeni görüntülər paylaşılıb.
Olaylar bildirir ki, bu barədə Baku TV reportaj hazırlayıb.
Bildirilib ki, sözügedən ərazi vaxtilə separatçıların maddi texniki hərbi bölüyü hesab edilib.
Çəkiliş zamanı separatçılardan qalma onlarla hərbi avtomobil görüntülənib.
Bundan başqa, ərazidə Ermənistanın Baş Qərargahı tərəfindən keçmiş qondarma quruma göndərilən məxfi xəritələr də aşkarlanıb. (axar.az)
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31