Məktəbdə baş verən yanğınla bağlı RƏSMİ AÇIQLAMA

153 nömrəli tam orta məktəbin kitabxanasının elektrik yuvasında qısaqapanma səbəbindən tüstülənmə baş verib.

Bu barədə Olaylar-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Bildirilib ki, məktəbin işçiləri tərəfindən operativ şəkildə ilkin qabaqlayıcı tədbirlər görülüb:

"Şagirdlər təxliyə olunub, xəsarət alan yoxdur. Hadisə ilə əlaqədar aidiyyəti qurumlara məlumat verilib. Müvafiq mütəxəssislər tərəfindən məktəbə baxış keçirilərək problemin aradan qaldırılması istiqamətində zəruri tədbirlər görülüb".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31