45 yaşlı kişi 23 yaşlı qızı QAÇIRDI - RƏSMİ AÇIQLAMA
24 Aprel 2024 13:23 Hadisə"Qız qaçırma adam oğurluğudur, hansısa istisna yoxdur".
Olaylar.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəisi Elşad Hacıyev deyib. O qeyd edib ki, kimsə nikaha məcbur edilə bilməz.
"Qadağandır, məsuliyyət yaradır. Bərdə rayonunda adam oğurluğu faktına görə cinayət işi qaldırılıb. Oğurlanan 2001-ci təvəllüdlü şəxs polis əməkdaşlarının çevik müdaxiləsi ilə tapılaraq ailəsinə qaytarılıb", - Hacıyev əlavə edib.
Xatırladaq ki, Bərdədə 23 yaşlı qız evlənmək məqsədilə qaçırılıb. Hadisə rayonun Uğurbəyli kəndində qeydə alınıb.
Kənd sakini 2001-ci il təvəllüdlü S.A. səhər saatlarında işə gedən zaman avtomobil yolunun kənarından həmkəndlisi 45 yaşlı Fərhad Rzayev tərəfindən evlənmək məqsədilə qaçırılıb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31