Bakıda məktəbdə yanğın - VİDEO
24 Aprel 2024 12:52 HadisəPaytaxtda, 153 №-li tam orta məktəbdə yanğın hadisəsi baş verib.
Bu barədə məlumat BAKU.WS-in "qaynar xətti"nə daxil olub.
Bildirilib ki, yanğın məktəbin kitabxanasında qeydə alınıb.
Hadisə ilə bağlı FHN Mətbuat xidmətidən BAKU.WS-in sorğusuna cavab olaraq bildirilib ki, Nazirliyin "112" qaynar telefon xəttinə Bakı şəhəri, Yasamal rayonunda yerləşən 153 nömrəli məktəbdə yanğın baş verməsi barədə məlumat daxil olub.
"Məlumatla əlaqədar dərhal əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Yanğınsöndürənlərin operativ müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.
Yanğın nəticəsində məktəbin 1-ci mərtəbəsində yerləşən kitabxanada elektrik kabeli, kitab rəfi və kitablar qismən yanıb. Təxliyəyə ehtiyac olmayıb" .