Bakıda 3 maşın yandı
23 Aprel 2024 20:48 HadisəBakıda 3 maşın yanıb.
Olaylar.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Bakı şəhərinin Suraxanı rayonunda 3 ədəd "ВАЗ" markalı minik avtomobilindən ikisinin 1 ədəd arxa təkəri, digər avtomobilin mühərrik hissəsi və yaxınlıqda 25 m² sahədə məişət tullantıları yanıb.
Hər üç avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31