Azərbaycanda AĞIR QƏZA - Ölənlər var + FOTO
23 Aprel 2024 10:54 HadisəNaxçıvanın Culfa rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.
Olaylar.az xəbər verir ki, Ərəzin kəndi ərazisində baş verən hadisədə "Chevrolet Nova" markalı avtomobillə "Tofaş" markalı avtomobil toqquşub.
Nəticədə avtomobildə olan Cəfərov Kamal Qürbət oğlu və Rüstəm adlı şəxs hadisə yerində ölüb. 2001-ci il təvəllüdlü Sahilov İbrahim İldırım oğlu və 1998-ci il təvəllüdlü Əlizadə Əbülfəz Elçin oğlu isə yaralanıb.
Onlar Naxçıvan Mərkəzi Xəstəxanasına yerləşdiriliblər, vəziyyətləri ağırdır.
Faktla bağlı araşdırma aparılır.(Report)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31