Bakıda kafedən pul oğurlayan şəxs SAXLANILDI
23 Aprel 2024 10:24 HadisəBakıda kafelərin birindən 5 400 manat pul oğurlanıb.
Bu barədə Olaylar.az-a Daxili İşlər Nazirliyindən məlumat verilib.
Qeyd olunub ki, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə rayon ərazisində yerləşən kafelərin birindən 5400 manat pul oğurlamaqda şübhəli bilinən Rəşid Məlikov müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31